Hadisə 

Azərbaycanda dörd yaşlı uşaq avtomobildə yanaraq öldü

Ucar rayonunda bədbəxt hadisə baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Təzə Şilyan kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobil qəfildən alışıb. Bu zaman avtomobildə olan 2016-cı il təvəllüdlü İsmət Hikmət oğlu Kərimov yanaraq dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.“Report”

Daha çox xəbərlər