Cəmiyyət 

Dövlət Statistika Komitəsinin rəhbərliyi Azərbaycan Prezidentinin təşəbbüsünə qoşulub

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəhbərliyi dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 aylıq vəzifə maaşını köçürüb və Komitənin əməkdaşlarını da bu nəcib təşəbbüsə qoşulmağa çağırıb.

Bu barədə AZƏRTAC-a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Daha çox xəbərlər