Elxan Süleymanov illik təqaüdünü Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək
Hazırda təqaüddə olan, Milli Məclisin keçmiş deputatı Elxan Süleymanov Prezident İlham Əliyevin çağırışına qoşularaq, 2020-ci ilin sonuna qədər təqaüdünü tam həcmdə Koronovirusla Mübarizəyə Dəstək Fonduna keçirəcəyini bəyan edib.
ARANTV.AZ xəbər verir ki, o, kütləvi informasiya vasitələrinə açıqlamasında deyib: “Xalqımızın sevincini və kədərini birgə bölüşməliyik”.
Elxan Süleymanov bu qərarı ilə dövlətimizin başçısının rəhbərliyi ilə xalqımızın sağlamlığının və rifahının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərə öz dəstəyini ifadə etdiyini bildirib.AZƏRTAC

