Ər-arvad qonşuları tərəfindən döyüldü
Ağstafa rayonunda ər-arvad qonşuları tərəfindən döyülüb.
ARANTV.AZ-ın Report-a istinadən verdiyi məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakinləri – 1987-ci il təvəllüdlü Ramiz Aslan oğlu Sultanov və həyat yoldaşı, 1988-ci il təvəllüdlü Aliyə Zahid qızı Sultanova qonşuları tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların hər ikisi xəstəxanaya yerləşdirilib və lazımi tibbi yardım göstərilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, qonşular arasında müxtəlif səbəblərdən əvvəllər də mübahisə yaşanırmış.
Faktla bağlı araşdırma aparılır.

