Cəmiyyət 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 9200 manat məbləğində vəsaitin ayrılması barədə qərar qəbul edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, vəsait mərkəzin əməkdaşları üçün nəzərdə tutulmuş aylıq mükafat fondu hesabına toplanıb. Həmçinin BMTM-in idarə heyətinin sədri Fərid Şəfiyev bir aylıq əməkhaqqını fonda ianə edib.

Mərkəzin əməkdaşları dünyada yayılmış koronavirus infeksiyası ilə mübarizə çərçivəsində Azərbaycan hökumətin tərəfindən aparılan tədbirlərə dəstəklərini bildiriblər.

Daha çox xəbərlər