Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün xəzinə hesabı açılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 mart 2020-ci il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, “Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün nazirliyin mərkəzi xəzinədarlığında hesab açılıb.
Açılmış xəzinə hesabının rekvizitləri aşağıdakı kimidir:
Hesabın adı: Koronavirusla Mübarizəyə Dəstək Fondu
Vəsaiti alan: Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi
VÖEN: 0200003621
Hesabın №-si: AZ21NABZ12360100000000005944
Bankın adı: Mərkəzi Bankın Naxçıvan Muxtar Respublika İdarəsi
Bankın Kodu: 502906
Müxbir hesab: AZ88NABZ01451700000000012944
Bankın VÖEN-i: 0200087741
SWIFT BIK: NABZAZ2C

