Cəmiyyət 

Sumqayıt Dövlət Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürüb

Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi Şurasının onlayn keçirilən iclasında verilmiş qərara əsasən, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürülüb.

Bu barədə AZƏRTAC-a universitetdən bildirilib.

Qeyd edək ki, universitetdə dərslərin dayandırılmasına baxmayaraq, tədris prosesi onlayn qaydada bu gün də davam etdirilir.

Daha çox xəbərlər