Gündəm 

Paytaxtımızda yeni beynəlxalq sərgilər açılıb

ARANTV.AZ xəbər verir ki, Ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri “AdPrint 2018” və 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları “Gift & Promo Fair 2018” sərgiləri açılıb.

Dünyanın 9 ölkəsindən 26 şirkətin iştirak etdiyi sərgilər reklam aləminin bütün müxtəliflikləri tanış olmağa kömək etməklə yanaşı, suvenir bazarının inkişafı barədə də əyani təsəvvür formalaşdırır. Sərgilərdə Azərbaycan, Rusiya, Almaniya, İndoneziya, Qazaxıstan, Çin, Yaponiya və digər ölkələrin aparıcı şirkətləri reklam işinin son nailliyyətlərini təqdim edirlər. Burada məhsul və xidmətlər arasında skanerlər, mətbəə və poliqrafiya xidmətləri üzrə proqram təminatı Flexi Capture, IT-texnologiyaları, ofset və rəqəmsal çap üçün peşəkar avadanlıqlar, “3D” formatlı çap aparatları, suvenirlər, “POS” və reklam materialları, eləcə də təşviqat məhsulları ilə tanış olmaq olarKiçik və Orta Biznesin İnkişafı Agentliyi, AZPROMO, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi və “CEO” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgilər sentyabrın 22-dək davam etdirəcək.

Daha çox xəbərlər