Cəmiyyət 

Aşura günü ilə əlaqədar ehtiyacı olan xəstələr üçün könüllü qanvermə aksiyası keçirilib

ARANTV.AZ xəbər verir ki, Aşura günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində ehtiyacı olan xəstələr üçün könüllü qanvermə aksiyası keçirilib. Bununla yanaşı,  məscidlər, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələri, xəstəxana və poliklinikalarda da qanvermə aksiyası təşkil olunub.

Azərbaycan bütün dinlərin nümayəndələrinin rahat və təhlükəsiz yaşadığı bir məkandır və bu model dünya ölkələri üçün örnəkdir. İndi dünyada İslam dininə xələl gətirmək istəyən qüvvələr var və Azərbaycan hər zaman bu hallara qarşı mübarizə aparıb, İslam həmrəyliyinə böyük töhfə verib. Bu gün ölkədə 2 mindən çox məscid dindarların ixtiyarındadır. Dövlət bütün dinlərə eyni münasibət göstərir. Məscidlərlə yanaşı, kilsə və sinaqoqlara dövlət tərəfindən yüksək diqqət göstərilir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin  əsasını qoyduğu, cəmiyyətin rəğbətlə qarşıladığı din-dövlət münasibətləri bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkədə tarixin dərinliyindən gələn dini mərasimlərə də hər zaman diqqətlə yanaşılıb. Bu gün də bu belədir.  Məhərrəmlik ayı ilə əlaqədar da müxtəlif tədbirlər keçirilir. Bu gün Aşura günüdür. Bununla əlaqədar keçirilən qanvermə aksiyasında çox sayda paytaxt sakini iştirak edərək, ehtiyacı olanlara kömək əlini uzatdılar. Bu da təsadüfi deyil, çünki, İslam sülh, qarşılıqlı hörmət və ehtiyacı olanlara köməyi vacib hesab edən dindir.

Qanvermə aksiyasında mühüm məqamlardan biri də, burada başqa dinlərin nümayəndələrinin də iştirakı idi. Bu tədbir ölkəmizin dünyada dinlərarası dialoqun güclənməsinə verdiyi növbəti töhfə idi.

Aşura günündə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan, ehtiyacı olan xəstələr üçün təşkil edilən könüllü qanvermə aksiyaları artıq ənənənə halını alıb.

Daha çox xəbərlər