Bakıda avtomobildən kişi meyiti tapıldı
Bakının Nəsimi rayonunda “Volkswagen” markalı avtomobildən kişi meyiti tapılıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Martın 25-i saat 19:50 radələrində Mirzə İbrahimov küçəsində 1968-ci il təvəllüdlü Məmməd Sərkərovun avtomobilində üzərində zorakılıq əlaməti olmayan cəsədi tapılıb.
İlkin araşdırma zamanı onun ürək çatışmazlığından öldüyü məlum olub.

