Cəmiyyət 

Etimad İsmayılovu güllələyən Gözəl Dəmirovun qaçış anı – VİDEO

İstanbulun Bakırköy ərazisində dörd milyon lirə dəyərindəki iki faizlik sənəd səbəbi ilə iş adamı Etimad İsmayılovu silahla öldürərək, ərazidən uzaqlaşan Gözəl Dəmirovun qaçış anı kameralara düşüb.

ARANTV.AZ xəbər verir ki, Asayiş Şöbə Müdirliyi tərəfindən Beşiktaşda həbs olunan Dəmirov Etimad İsmayılovu güllələdiyini etiraf etmişdi.

Cinayəti törətdikdən sonra qaçmağa başlayan Dəmirovun əlində pencəklə hadisə yerindən uzaqlaşdığı görünür. Bir müddət sonra isə silah səsini eşidən vətəndaşlar çölə çıxır. Bəzi vətəndaşlar telefonla polisə zəng edir.

Qeyd edək ki, qətlə yetirilən İsmayılov “Ədalət” partiyasının sədri, keçmiş nazir İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi. Onların İlyas adında dörd yaşlı oğlu var.

oxu.az

Daha çox xəbərlər