Yasamalda mənzildən meyit tapılıb
Yasamal rayonunda mənzildən 70 yaşlı kişi meyiti aşkar edilib.
ARANTV.AZ xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Yuriy Ponomaryovun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Araşdırma aparılır.
Ölkə.Az

