Ermənistanda koronavirusa yoluxanların sayı 600-ə çatır
Ermənistanda son sutka ərzində 39 nəfər koronavirusa yoluxub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, koronavirusa yoluxanların sayı 571 nəfərə çatıb. Hazırda 537 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, bu günədək ölkədə üç nəfər virusdan həyatını itirib.

