Region Xəbərləri 

Mingəçevirdə dezinfeksiya işləri gecə saatlarında da davam etdirilir+FOTOLAR

ARANTV.AZ xəbər verir ki, şəhərin küçə, prospekt, park və yaşayış sektorunda, həmçini sərnişindaşıma üzrə nəqliyyat vasitələrində həyata keçirilən dezinfeksiya işləri fasiləsiz olaraq davam etdirilir. Hətta gecə saatlarında da texnika mexanizm vasitəsilə şəhər bütün istiqamətlər üzrə xüsusi məhlullarla yuyulur.Ümumən son sutka ərzində Dezinfeksiya stansiyası mütəxəssislərinin iştirakı ilə 25 avtobus və hündürmərtəbəli binalarda 26 lift kabinası gün ərzində 2 dəfə olmaqla dezinfeksiya olunub.Eyni zamanda . 51 yüksəkmərtəbəli yaşayış binalasının giriş və pilləkən qəfəsələri, 3 inzibati bina, 4 park, 260 ədəd iri və kiçik tutumlu məişət tullantılarının yığılması üçün konteyner və tullantı qutuları dezinfeksiya məhlulları ilə yuyulub..
Şəhər ərazisində “koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər” çoxaldılaraq yaşayış və qeyri-yaşayış binalarının, fərdi yaşayış massivlərində, fəaliyyətinə icazə verilmiş ticarət obyektlərində vətəndaşların görə biləcəkləri yerdən asılması təmin edilmişdir.

 

Daha çox xəbərlər