Azərbaycan “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşuldu
Prezident İlham Əliyev “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə qeyd edilir ki, Azərbaycan Respublikası 2013-cü il noyabrın 7-də Banqkok şəhərində imzalanmış “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə müvafiq bəyanatla və qeyd-şərtlə qoşulsun.

