Kriminal 

Doğma xalasıoğlunu 50 manat borca görə bıçaqladı — Bakıda

Bakı Ağır Cinayətlər Məhkəməsində xalasıoğlunu bıçaqlayan şəxsin məhkəməsi başlayır.

ARANTV.AZ-ın məlumatına görə, cinayət məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən Qədirov İlham Zahir oğlunun məhkəmə prosesinə hakim Mahmud Ağalarov sədrlik edəcək.

Bu ilin iyun ayında Abşeron rayon sakini İlham Qədirov öz xalası oğlunu 50 manat borca görə bıçaqlayıb və məsuliyyətdən yayındığına görə tutulub.
Əvvəllər məhkumluq həyatı yaşayan Qədirov, cinayəti Müşfiq qəsəbəsində törətdiyini etiraf edib. O, xalası oğlunun yaşadığı evə gəlib və 3 gün qabaq borc verdiyi pulu tələb edib. Məsələni yeyib içdikdən sonra həll etmək qərarına gələn xala uşaqları mübahisədən qaça bilməyiblər. Nəticədə də İlham Qədirov Xəyyam Babayevi bıçaqlayıb və hadisə yerini tərk edib.

Saxlanılan İlham Qədirov xalasıoğlunu söyüşə görə vurduğunu etiraf edib:

“50 manat borc pul istəmişdi ki, anam göndərəcək, qaytaracam. Mən də verdim, üstündən 3 gün keçdi amma qaytarmadı. Yeyib içəndən sonra dedi yenə 20 manat ver. Qaytaranda 70 manat qaytaracam. Mən də dedim arenda puludu, maşının puludu. Versəm, maşın əlimdən çıxacaq, çörək qazana bilməyəcəm. Vermədim, söyüş söydü. Yumruq atdı mənə, mən də onu vurdum. Bıçağı çıxardı, boğuşduq onunla. Əlindəki bıçaq girdi ona”.ölkə.az

Daha çox xəbərlər