Maraqlı 

Asan məsələ deyil iş-gücdən, pul-paradan uzaq düşmək, amma…

Asan məsələ deyil evdə oturmaq. Karantində dörd divara baxmaq. Amma reanimasiyada uzanmaqdan yaxşıdır hər halda.

Asan məsələ deyil boyat çörək yemək, amma məclisində veriləcək qoğaldan yemək imkanın olmayacaq. Əslində, qoğal da verilməyəcək, bütün xeyir-şər mərasimləri qadağa olunub.

Asan məsələ deyil bütün gün arvad-uşağın üzünə-gözünə baxmaq, amma onları birdəfəlik görməmək “şansını” əldə edə bilərsən.

Asan məsələ deyil pəncərədən, eyvandan yaz havasını izləmək, amma bir də bu səmanı görməmək var.

Asan məsələ deyil sevdiyin adamı həftələrlə görməmək,  amma onu virusa yoluxdurma “imkanın” var.

Asan məsələ deyil yaşlı ana-atanı bağrına basıb qucaqlamamaq, amma onları bir də heç vaxt qucaqlamamaq var.

Asan məsələ deyil iş-gücdən, pul-paradan uzaq düşmək, amma qazandığını heç xərcləməmək “şansın” var.

Asan məsələ deyil polislə, həkimlə yola getmək, amma bu gün onlara təşəkkür borcumuz var.

Asan məsələ deyil borcla, çətinliklə yaşamaq, amma heç yaşamamaq “seçimin” var.

Asan deyil karantində evdə oturmaq, bir SMS-ə çıxıb gəzmək şansın var. Onda  da 100 manat cərimə ödəmək borcun var.

Asan məsələ deyil iki metrlik sosial məsafəni qorumaq, amma iki metr ağ parçaya bürünmək seçimin var.

Asan məsələ deyil günəşin batmağını pəncərədən izləmək, amma heç izləməmək “seçimin” var.

Asan məsələ deyil koronavirusa inanmaq, amma öz canında çəkmək də var.

Asan məsələ deyil həkimlərin yerində olmaq, onlar 8-12 saat su belə içə bilmirlər. Ağ dəbilqədə xəstəliklə savaşırlar.

Asan məsələ deyil baş verənlərə sakit yanaşmaq, amma bir də baş verənləri heç görməmək var.

Daha çox xəbərlər