Bərdədə aztəminatlı ailələrə mütəmadi olaraq yardım göstərilib – FOTO
Xüsusi karantin rejimi ilə əlaqədar olaraq əhalinin həssas təbəqəsinə aid aztəminatlı ailələrə Bərdə Rayon İcra Hakimiyyəti və rayonda fəaliyyət göstərən idarə və təşkilatlar tərəfindən ərzaq yardımları göstərilib.
ARANTV.AZ xəbər verir ki ,Bərdə Rayon İcra Hakimiyətinin başçısı Vidadi İsayevin təşəbbüsü ilə İcra Hakimiyyətinin əməkdaşları tərəfindən imkansız ailələrin evləri ziyarət olunub. Keçirilən görüş zamanı onların hazırki durumları ilə yaxından maraqlanılıb və həmin ailələrə ərzaq yardımları təqdim edilib. Rayon İcra Hakimiyyəti bu dövr ərzində 600 ailəyə ərzaq yardımı göstərib. Bu gün keçirilən aksiyada isə daha 50 ailəyə şəhər ərazisində və kəndlərdə yaşayan imkansız ailələrə ərzaq yardımı edilib.
Yardım kampaniyasında Rayon İcra Hakimiyyəti ilə yanaşı rayon ərazisində fəaliyyət göstərən digər idarə, təşkilat və qurumlar da yaxından iştirak ediblər.
Rayon icra hakimiyyəti və rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatlar tərəfindən imkansız ailələrə könüllü şəkildə yardımlar göstərilir və hazırda bu səpkidə işlər davam etməkdədir.





