Hadisə 

Bakıda 2 nəfərin öldüyü dəhşətli qəzanın baş verdiyi an – VİDEO

Bakıda baş verən dəhşətli qəzanın görüntüləri kameraya düşüb. Verilən məlumata görə, hadisə bu gün baş verib.

Musavat.com Avtosfer.az-a istinadla xəbər verir ki, paytaxtın Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yüksək sürətlə hərəkət edən “Vaz 2106” markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında yolayrıcına daxil olaraq soldan – Bəkir Çobanzadə küçəsi ilə hərəkət edən “Mercedes” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Vaz” markalı avtomobildəki sürücü və sərnişin yerindəcə dünyasını dəyişib.

Görüntüləri sizə təqdim edirik.

Daha çox xəbərlər