Bərdənin icra başçısı qan verdi – FOTOLAR
İcra başçısı qan vermə aksiyasında iştirak edərək qan verib.
Birinci vitse-prezident Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Bərdə də qoşulub.
ARANTV.AZ xəbər verir ki ,Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rəhbərliyi ilə könüllü qanvermə aksiyası təşkil olunub. Aksiyada Bərdədən olan millət vəkili habelə rayon icra hakimiyyəti başçısının müavinləridə iştirak ediblər.
Vidadi İsayev millət vəkili Fatma Yıldırım icra başçısının müavinləri Vahid Qarayev, Fəqət Şadlinskaya Bərdə rayon icra başçısının müavini və Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının sədri Məzkəzi Qan Bankının Bərdə Regional bölməsinə gələrək qan veriblər. Aksiyada yerli icra strukturları ilə yanaşı, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların işdə olan və sağlamlığı imkan verən əməkdaşları da iştirak ediblər.
Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.
















