Ukraynada azərbaycanlılardan ibarət silahlı dəstə ələ keçdi
Ukraynanın Krivoy Roq bölgəsində polis əməkdaşları soyğunçuluqda şübhəli bilinən dörd Azərbaycan vətəndaşını saxlayıb.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslərin yaşadığı evdən və avtomobildən çox sayda silah-sursat aşkar edilib.
Polisdən verilən məlumata görə, şübhəlilərdən birinin avtomobilindən qan izi də tapılıb.
Aşkar edilən silahlar ekspertizaya göndərilib.

