Hadisə 

Bakıda hədə-qorxu gələn sürücü barədə araşdırmalara başlanıldı – VİDEO

Sosial şəbəkələrdə Qaraçuxur qəsəbəsi, Zığ-Mədən yolunda hərəkətdə olan avtomobilin arxasından gələn “Mercedes” markalı, 99-RZ-878 qeydiyyat nişanlı avtomobilin sürücüsünün yüksək sürətlə hərəkət edərək, ondan yol istəməsinin görüntüləri yayılıb.

Qarşıdakı sürücünün yol vermədiyini görən “Mercedes”ın sürücüsü səs siqnalı verərək, onun qarşısını kəsib. O, daha sonra avtomobildən düşərək, sürücünün yanına gəlib, nalayiq söyüşlər söyməyə başlayıb. Üstəlik, sürücüyə əl-qol ataraq, hadisə yerindən qaçmağa başlayıb.

Görüntünü qeydə alan sürücü bu barədə polisə şikayət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yayılan görüntülərə aydınlıq gətirib.

DYP-nin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır:

“Təqdim olunan video ilə bağlı araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məlumat vermişəm”.

“Qanunda vətəndaşlar tərəfindən biri-birinə yol-hərəkət qaydaların pozulması ilə bağlı irad tuta bilər, amma bu, mədəni şəkildə olmalıdır. Burada hər iki tərəf dinlənilməlidir”, – deyə V.Əsədov qeyd edib.

Daha çox xəbərlər