Dünya 

Türkiyənin Ermənistanla sərhədindəki bu mənzərə sakinləri qorxutdu – VİDEO

Türkiyənin Qars vilayətinin Ermənistanla sərhəddə yerləşən Küçükdurduran kəndində yeddi şahin ölü tapılıb.

Onların belə kütləvi ölümü sakinlərdə qorxu yaradıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, sakinlər bu barədə dərhal vilayətin Təbiəti Qoruma və Milli Parklar İdarəsinə xəbər verib. Bundan sonra əraziyə mütəxəssislər cəlb olunub.

İlkin ekspertiza zamanı quşların böyrək və qaraciyərlərində iltihablaşma görünüb. Daha dəqiq təhlillər üçün mikrobioloji araşdırmaya qərar verilib. Nəticələr bir həftəyə elan olunacaq.

Daha çox xəbərlər