Putin Bakıya erkən saatlarda gələcək
Rusiya prezidenti Vladimir Putin Düşənbəki MDB sammitində iştirak edəcək və Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Sabah axşam saatlarında Putin Düşənbədə qeyri-formal naharda iştirak edəcək. Buna qədər isə Putin səhər erkən saatlarda Bakıya gedəcək. Burada o, Rusiya – Azərbaycan regional forumundan iştirak edəcək.
Putin və İlham Əliyev region rəhbərləri ilə görüşəcək, onlar qarşısında çıxış edəcək. Bundan əvvəl prezidentlər Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi yarışlarını izləyəcək”, – Peskov deyib.

