Hadisə 

Bakıda minik avtomobili marşrut avtobusu ilə toqquşdu: Xəsarət alanlar var

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisə Buzovna qəsəbəsində, Albalılıq yolu adlanan ərazidə qeydə alınıb.

“Mercedes” markalı avtomobil marşrut avtobusu ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan, 1985-ci il təvəllüdlü Famil Məmmədov və onun iki azyaşlı övladı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər