Sosial 

Ət mağazalarında reyd keçirildi: Heyvanların küçədə kəsilməsinə son qoyulur – VİDEO

Xətai rayonunda ət mağazalarında növbəti reyd keçirilib. Küçədə heyvan kəsimi ilə məşğul olan obyektlər yoxlanılıb.

Yoxlamaların nəticələri aktlaşdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakının sözügedən rayonu üzrə ət kəsimi mağazalarında sahibkarlarla görüşərək, onlara xəbərdarlıq ediblər.

Qanuna zidd olan küçələrdəki ət kəsimi qurğuları Agentlik tərəfindən yığışdırılıb.

Reyddə Baku.Tv də iştirak edib.

Ətraflı videonu təqdim edirik:

 

Daha çox xəbərlər