Turist avtobusu aşdı – 11 nəfər yaralandı
Muğlada turistləri daşıyan avtobus qəzaya uğrayıb.
ARANTV.AZ xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb.
Xəsarət alanlardan 8 nəfəri xarici vətəndaşdır. Onlar arasında Fələstin vətəndaşlarının olduğu deyilir.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Qəza ilə bağlı cinayət işi açılıb.
big.az

