Çexiya məhdudiyyətləri yumşaldır

Çexiyada koronavirus infeksiyasına yoluxma hallarının sayında üçüncü gündür ki, artım müşahidə olunur. Lakin hökumət mayın 11-dən etibarən ölkədə ictimai, idman və mədəni tədbirlərin keçirilməsinə icazə verməyi qərara alıb.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, bu tədbirlərdə iştirakçıların sayı yüz nəfərədək məhdudlaşdırılıb. Bu, ilk növbədə teatr tamaşalarına, konsertlərə, sirk şoularına aiddir.

Daha əvvəl 10 nəfərə qədər qrup halında toplaşmağa icazə verilirdi.