Dünya 

Litvada koronavirusa yoluxanların sayı 1400-ə çatıb

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 14 nəfər artaraq 1399 olub.

ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 132 min 768 nəfər müayinə olunub. Son sutka ərzində COVID-19 virusuna görə 7213 nəfərdən götürülən analizin 14-nün nəticəsi müsbət çıxıb.

Virusa yoluxma hallarının artacağı istisna olunmur. İndiyədək ölkədə koronavirusdan 45 ölüm faktı qeydə alınıb.

Daha çox xəbərlər