Hadisə 

Ukraynada dəhşətli hadisə: Sərxoş qardaşlar qadını vəhşicəsinə döydülər və diri-diri basdırdılar – FOTOLAR

57 yaşlı Nina Rudçenko iki saat beysbol çubuğu ilə döyüldüyünü və diri-diri basdırıldığını iddia edir …

Hadisə Ukraynanın Polkavska vilayətində baş verib.

Nina Rudçenko iki sərxoş qardaşlar tərəfindən vəhşicəsinə döyülüb.

57 yaşlı qadının iddialarına görə, o, basdırıldığı yerdən özü çıxa bilib. Onu döyən qardaşların biri 27, digəri isə 30 yaşındadır.

Nina, iddialara göre sarhoş komşuları tarafından dövülüp canlı canlı gömüldükten sonra gömüldüğü yerden kendi kendine çıktı.

Nina Rudçenko başına gələn qorxunc hadisəni bu cür izah edib: “Məzarın içində uzandım və məni basdırmağa başladılar. Üzümü əllərimlə bağladım ki, bir az hava qalsın. Onlar gülürdülər və bütün ailəmi öldürmək planları haqqında danışırdılar. Bitirdikdən sonra ölmüş olduğumu düşündülər, ərazidə bir neçə dəqiqə gəzib, sonra getdilər.”

Diri-diri basdırıldıqdan sonra Nina oradan çıxmağı bacarıb. Evinin qarşısına qədər sürünərək gedən 57 yaşlı qadın orada huşunu itirib. Nina Rudçenko hadisənin növbəti günü bacısı tərəfindən evin qarşısında tapılıb.

Gördüğü eziyetten ve canlı canlı gömüldükten sonra Nina, mezarı kazarak kaçmayı başardı.

Bacısı Ninanı tapdıqda qadının çox pis vəziyyətdə olduğunu, onu tanıya bilmədiyini deyib. Hətta Nina Rudçenko xəstəxanaya gətirilərkən həkimlər belə, onun vəziyyətini gördükdə heyrətə gəlib.

Hazırda həmin iki qardaş Ukrayna polisi tərəfindən yaxalanıb. Ukrayna polisinin verdiyi məlumata görə, iki qardaşı ən azı 10 il həbs cəzası gözləyir.

Qardaşlar hadisəni törətdikdə sərxoş olduqlarını etiraf ediblər.

Bu iki kardeşe karşı öldürmeye teşebbüsten arama emri çıkarıldı.

Musavat.com

Daha çox xəbərlər