Kürdəmirdə avtomobillər toqquşdu: Üç nəfər öldü
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub.
Nəticədə “Mercedes” markalı avtomobildə olan üç sərnişin hadisə yerindəcə ölüb. Digər dörd sərnişin isə ağır bədən xəsarətləri alıb.
“Nissan”da olan sərnişinlərdən dördü isə ağır bədən xəsarətləri alaraq, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.Report

