Bakıda 42 yaşlı kişinin evindən narkotik tapılıb
Bakının Əmircan qəsəbəsinin sakininin evindən narkotik tapılıb.
ARANTV.AZ xəbər verir ki, Suraxanı RPİ-nin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbəsində yaşayan – 1978-ci il təvəllüdlü V.Tağıyevin üzərindən 3,79 qram marixuana aşkar olunaraq götürülüb.
Şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 571 qram marixuana tapılıb və götürülüb.
Faktla bağlı araşdırma aparılır.Oxu.Az

