Partlayıcı qurğu yerləşdirilən avtomobil havaya uçdu: 18 hərbçi həlak oldu
Əfqanıstanda hökumət qüvvələrinə qarşı yönələn hücum nəticəsində 18 hərbçi həyatını itirib.
“RİA Novosti” xəbər verir ki, hadisə avtomobilə yerləşdirilən partlayıcı qurğunun Əfqanıstan ordusunun nəzarət-buraxılış məntəqəsinin yaxınlığında işə düşməsi nəticəsində baş verib.
Partlayışın təsirindən nəzarət-buraxılış məntəqəsi tamamilə dağılıb.
Hadisə ölkənin cənubunda yerləşən Hilmənd vilayətində baş verib.
“Taliban” hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

