Gündəm 

Azərbaycanda 88 yaşlı qadın koronavirusdan sağaldı

Azərbaycanda daha bir yaşlı şəxs koronavirusdan sağalıb.

Qafqazinfo-nun məlumatına görə, bu dəfə 88 yaşlı İsmayıllı rayon sakini (adı qadının öz istəyi ilə açıqlanmır) virusa qalib gəlib.

Belə ki, Bakıdakı xüsusi rejimli xəstəxanaların birində müalicə alan 1932-ci il təvəllüdlü qadın 21 apreldə xəstəxanaya temperatur, zəiflik və pnevmoniya əlamətləri ilə daxil olub.

Müvafiq tibbi prosedurlardan sonra o, COVID-19 virusundan sağalıb.

Qeyd edək ki, bir neçə gün əvvəl 92 yaşlı Lənkəran sakini Axundova Ağabəyim də koronavirusa qalib gəlmişdi.

Daha çox xəbərlər