Hadisə 

Bakıda İspaniya vətəndaşının iş otağı qarət olundu

Bakıda əcnəbi vətəndaşın iş otağı qarət olunub.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. İspaniya Krallığı vətəndaşı, 1988-ci il təvəllüdlü Cayme Kabrero Miqel polisə ərizə ilə müraciət edərək bildirib ki, paytaxtda tətbiq edilən karantin rejimi ilə əlaqədar martın 14-dən mayın 5-nə qədər olan müddətdə iş otağında olmadığı vaxtda dəyəri 260 manat olan “Samsung A 10” markalı mobil telefonu naməlum şəxs tərəfindən oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər