Hadisə 

Bakıda 47 yaşlı qadını avtomobil vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb. 1973-cü il təvəllüdlü Səbirə Baxışova yolu keçərkən onu avtomobil vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Daha çox xəbərlər