Şəmkirdə iki qonşunun zarafatı qanla bitdi
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, iki qonşunun zarafatı cinayətlə nəticələnib.
Belə ki, Sarıtəpə kənd sakinləri Elnur Qənbərli və Asif Abdullayev sərxoş olublar.
Onların zarafatlaşması nəticəsində A.Abdullayev E.Qənbərlini döş qəfəsindən bıçaqlayıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
Asif Abdullayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.Oxu.Az

