Hadisə 

Bakıda velosiped oğurlayan şəxs saxlanıldı

Bakıda velosiped oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

ARANTV.AZ  xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə martın 11-də paytaxtın Nizami rayonu ərazisində R.Yusifova məxsus 1 150 manat dəyərində velosipedlərin oğurlanması barədə məlumat daxil olub.

Məlumat əsasında Nizami RPİ-nin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü O.Məmmədov saxlanılıb.

Araşdırma zamanı onun daha əvvəl Cinayət Məcəlləsinin 181-ci maddəsi üzrə məhkum olunduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır. Oxu.Az

Daha çox xəbərlər