Dünyanın hər yerindən olan insanlar öz evlərində “yadplanetlilər”i görməyə başlayıblar – FOTOLAR
“Facebook” istifadəçiləri müxtəlif məkanlarda, hətta öz evlərində olan obyektlərin konturlarında insan və yadplanetliləri xatırladan simaları görməyə başlayıblar.

ARANTV.AZ-ın verdiyi xəbərə görə, bu barədə “Daily Mail” yazır.
Belə ki, əşyaların üzərində “simalar” ayırd edən şəxslər maraqlı fotoları “Facebook”dakı “Things With Faces” (“Üzü olan əşyalar”) qrupunda paylaşırlar.
Bu halı izah etmək üçün xüsusi termin də mövcuddur – pareydoliya.
Pareydoliya elə bir vizual illüziyadır ki, onun əsasını əsl real obyektlərin detalları təşkil edir.
Çox güman ki, siz də uşaqlıqda əşyaların üzərində maraqlı “simalar” seçməyi sevmisiz. O zaman təqdim etdiyimiz fotolar da sizə maraqlı olar.

























BiG.AZ

