Hadisə 

Qəzaya uğramış avtomobildəki şəxsi belə xilas etdilər – ANBAAN VİDEO

Bakının Sabunçu rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

ARANTV.AZ xəbər verir ki, qəza mayın 6-da paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ərazidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər vətəndaşın avtomobildə sıxılaraq təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə cəlb olunan nazirliyin xilasediciləri sıxılı vəziyyətdə qalmış vətəndaşı deformasiyaya uğramış nəqliyyat vasitəsindən sağ-salamat çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Həmin görüntüləri təqdim edirik:

Oxu.Az

Daha çox xəbərlər