Hadisə 

Qəbələdə dəhşətli yol qəzası – FHN məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qəbələ rayonunda “BMW” və “BАЗ” markalı iki minik avtomobili toqquşub.

ARANTV.AZ xəbər verir ki, hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri “BАЗ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararıb.

Həmin şəxs aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.Publika.az

Daha çox xəbərlər