İdman 

Materikdə futbolun davam etdiyi iki ölkə qaldı

Tacikistan oyundan kənar qaldı. Belə ki, ölkədə futbol çempionatı mayın 10-da davam etdirilməli olsa da, fasiləni qeyri-müəyyən müddətə qədər uzatmaq qərarı alınıb.

Bu barədə “Sputnik” xəbər yayıb.

Turnir xüsusi sərəncamdan sonra davam edəcək.

Beləliklə, Avrasiyada futbolun davam etdiyi iki ölkə qaldı – Belarus və Türkmənistan.

Tacikistanda COVID-19-la bağlı ilk yoluxma halı bir neçə gün əvvəl qeydə alınıb. Yoluxanların sayı artıq 379 nəfərə çatıb.

Daha çox xəbərlər