Ermənistanda koronavirusa yoluxanların sayı 3 min nəfərə çatır
Ermənistanda koronavirusa yoluxanların sayı 2 884 nəfərə çatıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 102 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 2 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 42 nəfər koronavirusun qurbanı olub, 1 648 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

