Dünya 

Rusiyada bir gündə 11 mindən çox koronavirusa yoluxma qeydə alındı

Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artmaqdadır.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 11 231 nəfər koronavirusa yoluxub, 88 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 177 160 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 1 625 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 23 803 nəfər virusdan sağalıb, 151 732 nəfərin müalicəsi isə davam edir.

Daha çox xəbərlər