Gürcüstan iyulda xarici turistləri qəbul edəcək
Gürcüstan koronavirusun yayılması təhlükəsi ilə bağlı tətbiq olunan məhdudiyyətləri tədricən aradan qaldırır.
“Sputnik Gürcüstan” bununla əlaqədar ölkənin Baş naziri Giorgi Qaxarianın açıqlamasına istinadla xəbər yayır.
Nazir bildirib ki, ölkə iyulun 1-dən xarici turistləri qəbul etməyə hazır olacaq.
Bu o deməkdir ki, Gürcüstan koronavirusun yayılması təhlükəsi səbəbindən kəsdiyi quru və hava əlaqələrini bərpa edəcək:
“İyunun 15-dən etibarən Gürcüstan yerli turizm xidmətləri üçün açılacaq və iyulun 1-dən xarici turistləri qəbul etməyə hazır olacaq. Bunun üçün qonşu ölkələrlə təhlükəsiz dəhlizlər yaradacağıq, eyni zamanda turizmdə maraqlı olan ölkələrlə təhlükəsiz dəhlizlər təşkil edəcəyik”.

