Sosial 

Bakı metrosundan yalnız bu şəxslər istifadə edə biləcək – RƏSMİ

“Koronavirus pandemiyasından əvvəlki dövrdə “Bakı Metropoliteni”ndə iş günləri ərzində 800 min nəfər daşınıb”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov bildirib.

O qeyd edib ki, şənbə günləri 600 min nəfər, bazar günləri 450 min sərnişin daşınırdı:

“Yanvar-fevral ayında 39 milyon sərnişin daşınıb. Amma koronavirus pandemiyası dövründə daşınma azaldı”.

Sədr əlavə edib ki, yeni qaydalara əsasən, maskasız heç kim metroya daxil ola bilməyəcək:

“Metrodan yalnız xüsusi icazəsi olan şəxslər istifadə edə bilər”.Oxu.Az

Daha çox xəbərlər