Dünya 

Ukrayna Rusiyaya borc ödəməkdən imtina etdi

Ukrayna Rusiyaya 3 milyard avro məbləğində borcu ödəməli deyil.

ARANTV.AZ xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib.

“Biz müəyyən müddət üçün müdafiə olunduq, lakin düşünürəm ki, həqiqət məhkəmədə qalib gələcək”, – deyə o vurğulayıb.

Poroşenko bildirib ki, 2013-cü ilin dekabrında sabiq prezident Viktor Yanukoviç bu pulu yük maşınları ilə ölkə ərazisindən çıxarıb. Bu üzdən  o hesab edir ki, həmin pulu Ukraynadan tələb etmək ədalətsizdir. oxu.az

Daha çox xəbərlər