Cəmiyyət 

Əmək pensiyalarının orta aylıq məbləği 2018-ci ilin əvvəlinə nisbətən 5,2 faiz artıb

ARANTV.AZ xəbər verir ki, Azərbaycanda pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görüləntədbirlər, sığorta-pensiya sisteminin inkişafı sahəsində aparılan islahatlar pensiya təminatında artım tempinin davam etməsinə şərait yaradıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, əmək pensiyalarının orta aylıq məbləği cari ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 1 iyul tarixinə 219 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 246 manata çatıb. Qeyd edək ki, dövlət başçısının sərəncamına əsasən, cari ilin əvvəlindən əmək pensiyalarının ümumi məbləği 2017-ci ildə ölkədə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılıb. Sənədə əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınan pensiya kapitalı məbləğlərinin də indeksləşdirilərək artırılması təmin edilib.

Daha çox xəbərlər

Leave a Comment