İyulun 29-da dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
ARANTV.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 29-da dövlət qulluğunda inzibati rəhbər, idarəetmə vəzifələr üzrə qulluğa qəbul üçün test imtahanı keçiriləcək. 3 saat davam edəcək imtahan kompüter vasitəsilə aparılacaq. Dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, ümumilikdə 1162 vakant yer var. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq setifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İmtahanlarda iştirak etmək üçün Dövlət İmtahan Mmərkəzinin internet səhifəsində “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

