Bakıda Qarabağ mitinqi keçirilir
Bu gün Bakıda əvvəlcədən planlaşdırılan Qarabağ mitinqi başlayıb.
ARANTV.AZ xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının, keçmiş deputat və baş nazir Pənah Hüseynin və digərlərinin təşəbbüsü ilə “Qarabağ” şüarı altında mitinq keçirilir. Mitinq icazəlidir və “Məhsul” stadionunda keçirilir.
Mitinq dövlət himni ilə açılıb. Aksiyada iki minə yaxın insan iştirak edib. Açılışdan sonra Qarabağ şəhidlərinin ruhuna fatihə oxunub.ölkə.az

